EN

Valideyn zorakılığına məruz qalan azyaşlı komatoz vəziyyətdə Bakıya təxliyə edilib

Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qalan 2023-cü il təvəllüdlü azyaşlı oğlan ağır vəziyyətdə Bakıya təxliyə olunub. Bu barədə Report-un sorğusuna cavab olaraq TƏBİB məlumat verib.

Avqustun 27-si saat 16:20 radələrində komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına daxil olan uşağa bədənin müxtəlif nahiyələrinin küt travması və kəllə-beyin travması diaqnozu qoyulub.

Daha ixtisaslı tibbi yardım məqsədilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılan pasiyentə subdural hematoma və dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda vəziyyəti ağır olaraq qalır və reanimasiya şəraitində müalicəsi davam etdirilir.

2024-cü il təvəllüdlü digər azyaşlı isə Ağdam RMX-də profilaktik müşahidə altındadır və aidiyyəti üzrə təhvil veriləcək.

Chosen
7
anews.az

1Sources