EN

Ruslar Kiyevdə yaşayış binasını vurdular: 10 ölü, 48 yaralı

Rusiya bu səhər Ukraynanın paytaxtı Kiyev şəhərində raket zərbələri endirib. Tribunainfo.az xəbər verir ki, hadisə nəticəsində bir yaşayış binası tamamilə dağılıb.

Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, rusların raket zərbəsi nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. O, rəqəmin artacağını istisna etməyib. Bildirib ki, dağıntılar altında daha 3-9 nəfərin qalması ehtimal olunur.

Nazir onu da bildirib ki, yaralıların sayı 48 nəfərdir.

Fərda Uğur

Chosen
18
tribunainfo.az

1Sources