EN

Azərbaycan səfiri etimadnaməsini Venesuela Prezidentinə təqdim etdi - FOTO

Avqustun 27-də Azərbaycanın Venesuela Bolivar Respublikasındakı səfiri Ruslan Rzayev etimadnaməsini Venesuelanın Prezidenti Nikolas Maduroya təqdim edib.
 
Bu barədə Moderator.az-a səfirlikdən məlumat verilib.
 
Venesuela Prezidenti ilə söhbət əsnasında səfir R.Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Nikolas Maduroya çatdırıb. Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən Venesuela Prezidenti öz növbəsində, onun da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.
 
N.Maduro Azərbaycana həyata keçirdiyi səfərləri məmnunluqla xatırlayaraq bir daha səmimi qonaqpərvərliyə görə dövlət başçımıza təşəkkürünü bildirib.
 
Görüşdə, həmçinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə hər iki ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki uğurlu əməkdaşlığın davam etdirilməsi, həmçinin iqtisadi, ticarət, enerji, turizm və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Chosen
64
34
moderator.az

10Sources