EN

Yeni növ zirehli tikanlı dinozavrın qalıqları aşkar edilib

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Beynəlxalq paleontoloqlar qrupu Mərakeşin şimalında bədəni çoxlu iti tikanlarla örtülmüş nəhəng zirehli kərtənkələ aşkar ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Britaniya Birmingem Universitetinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, heyvanın üzərindəki tikanların bəzilərinin uzunluğu bir metrdən çox olub.

Bu kərtənkələnin quyruğunun tədqiqi elm adamlarının ankilozavrlara dair fikirlərini kökündən dəyişib.

"Biz bu dinozavrın qalıqlarını öyrənməyə başlayanda onun xarici görünüşünün nə qədər qəribə olduğuna inana bilmədik. O, heç bir digər dinozavr və ya müasir canlı məxluqa bənzəmir. Onun tədqiqi ankilozavrların necə təkamül etdikləri barədə fikirlərimizi tamamilə dəyişdirdi və bu tapıntı həm də göstərir ki, bu heyrətamiz heyvanlar haqqında hələ çox öyrənməliyik", - deyə məlumatda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
oxu.az

2Sources