EN

Olimpiya çempionu öldü

1980-ci ildə keçirilən Olimpiya Oyunlarının üzgüçülük üzrə çempionu Yuri Prisekin 64 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Su İdmanı Federasiyasının (RWSF) mətbuat xidməti məlumat yayıb.

1980-ci ildə Moskvada keçirilən Olimpiya Oyunlarında Yuri Prisekin 4×200 metr məsafəyə sərbəst üsulla estafetdə sovet komandasının tərkibində qızıl medal qazanıb. O, ilkin üzgüçülük yarışında iştirak edib. 1984-1990-cı illərdə Prisekin SKA üzgüçülük hovuzunda Olimpiya Hazırlıq Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Chosen
46
6
publika.az

10Sources