EN

Çempionlar Liqası: Əsas mərhələyə vəsiqə qazanan bütün komandalar bəlli oldu

BAKI, 28 avqust. TELEQRAF

UEFA Çempionlar Liqasında (ÇL) əsas mərhələyə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da ən güclülərin yer aldığı nüfuzlu turnirdə mübarizə aparacaq. Ağdamı təmsil edən komanda 4-cü səbətdə yer alıb.

ÇL-in əsas mərhələsinin püşkatma mərasimi avqustun 28-də Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. Əsas mərhələdə 36 komanda mübarizə aparacaq.

I səbət

PSJ (Fransa), “Real Madrid” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “İnter” (İtaliya), “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya)

II səbət

“Arsenal” (İngiltərə), “Bayer” (Almaniya), “Atletiko” (İspaniya), “Benfika” (Portuqaliya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Yuventus” (İtaliya), “Ayntraxt” (Almaniya), “Brügge” (Belçika)

III səbət

“Tottenhem” (İngiltərə), “PSV Eyndhoven” (Niderland), “Ayaks” (Niderland), “Napoli” (İtaliya), “Sportinq” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan), “Bodo-Qlimt” (Norveç), “Slaviya” (Çexiya), “Marsel” (Fransa)

IV səbət

“Kopenhagen” (Danimarka), “Monako” (Fransa), “Qalatasaray” (Türkiyə), “Yunion” (Belçika), “Atletik” (İspaniya), “Nyukasl” (İngiltərə), “QARABAĞ” (AZƏRBAYCAN), “Pafos” (Kipr), “Kayrat” (Qazaxıstan).

Chosen
12
29
teleqraf.com

10Sources