EN

Kadi Borqes: Hansı komanda ilə qarşılaşacağımızdan asılı olmayaraq, oyunumuzu göstərəcəyik

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Gərgin mübarizə, yorğun oyun. Tanrıya təşəkkür edirəm ki, sonda bizə bu qələbəni bəxş etdi".

Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Ferentsvaroş"la görüşdən sonra "Qarabağ"ın futbolçusu Kadi Borqes deyib.

"Hansı komanda ilə qarşılaşmaq istədiyimizi deyə bilmərəm, çünki açığı, özüm də bilmirəm. İndi bu barədə düşünməyə vaxtımız yoxdur. Əvvəlcə bir neçə gün dincələcəyik, sonra isə vaxtımızı hazırlığa və məşqlərə sərf edəcəyik. Rəqiblərimiz artıq bəlli olacaq. Kimlə qarşılaşacağımızdan asılı olmayaraq, öz oyunumuzu oynayacağıq. Azarkeşlərə gəlincə isə hər birinə təşəkkür edirəm. Hər birinə minnətdaram. Onlar hər zaman olduğu kimi yenə də "Qarabağ"a inanılmaz dəstək oldular", - Kadi Borqes vurğulayıb.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferentsvaroş" klubunu iki oyunun nəticəsinə görə 5:4 hesabı ilə məğlub edərək əsas mərhələyə yüksəlib.

Anar Həsənov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
oxu.az

1Sources