EN

Avropa İttifaqı Moldovaya 1,9 milyard avro ayıracaq

BAKI, 27 avqust. TELEQRAF

Avropa İttifaqı (Aİ) Moldovaya qarşıdakı iki il ərzində 1,9 milyard avro ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

Onun sözlərinə görə, Moldovaya maliyyə dəstəyi Avropayönümlü islahatların aparılması üçün veriləcək.

Qeyd edək ki, avqustun 27-də Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Polşanın Baş naziri Donald Tusk Moldovanın Müstəqillik Günü ilə əlaqədar Kişinyova gəliblər.

Chosen
51
5
teleqraf.com

6Sources