EN

Qarabağ heyətini daha bir futbolçu ilə gücləndirir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Ötən gün Kamilo Duranı heyətinə cəlb edən "Qarabağ" daha bir transferə yaxındır.

Oxu.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, Fransanın "Loryan" klubunun hücumçusu Sambu Sumano ilə danışıqlar müsbət nəticələnmək üzrədir. Ağdam təmsilçisi seneqallı forvardın transferini həyata keçirməklə hücumun mərkəzindəki boşluğu da dolduracaq.

24 yaşlı futbolçunun "Qarabağ" və "Seltik"in maraq dairəsində olması barədə məlumat vermişdik. Şotlandiyalılardan fərqli olaraq, Azərbaycan çempionu daha cəld tərpənərək, qarşı tərəflə danışıqlarda bir çox detalları razılaşdırıb.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmağa yaxın olması da Sambunun qərarına öz təsirini göstərir. Ölkə çempionu avqustun sonuna qədər transferi rəsmiləşdirmək niyyətindədir.

Sambu Sumanonun "Loryen"lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
8
oxu.az

9Sources