EN

Tanınmış aktyordan ÇAĞIRIŞ

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin sonuncu turunda “Qarabağ” Macarıstanın “Ferencvaros” klubu ilə qarşılaşacaq.

“Cebheinfo.az” xəbər verir ki, oyun ilə bağlı Əməkdar artist Bəhram Bağırzadə “Facebook” sosial şəbəkə hesabından azarkeşlərə çağırış edib.

O, paylaşımında, “Əziz “Qarabağ”ımız Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparacaq! Hörmətli azarkeşlər, sizdən böyük bir xahişim var: 

oyuna yalnız inamla deyil, həm də əllərinizdə milli bayraqlarımızla gəlin! Qoy Avropa əsl Azərbaycan bayraqları paradını görsün! İrəli, “Qarabağ”!”

Qeyd edək ki, oyun bu axşam Bakının məşhur Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. 

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
cebheinfo.az

2Sources