EN

Müğənnilər kimdən geyim oğurladı?

Şou aləmində müğənnilər zaman-zaman “eyni libas" qalmaqalı ilə gündəmə gəlirlər.

Yenisabah.az fərqli vaxtlarda eyni geyimdən istifadə edən məşhurların siyahısını təqdim edir. 

1. Röya Ayxan və Kim Kardaşyan - Xalq artisti Röya fotosessiyasında dünya şöhrətli ulduzla eyni geyimi nümayiş etdirib. Marqarita pizza

2. Günay İbrahimli və Sevil-Sevinc bacıları - eyni modelin fərqli rənglərini seçiblər. Günay geyimi gündəlik istifadə etsə də, bacılar həmin libası qardaşlarının xına mərasimində geyiniblər.

3. Aytəkin Mərdanova, Səidə Dadaşova və Aygün Mahmudova – uzun göy və pələng naxışlı atlas paltar hər üç məşhurun qarderobunda yer alıb.

4. Xatirə İslam - dünya ulduzlarının libasına üstünlük verib. İfaçı əvvəlcə Cennifer Lopesin, daha sonra isə Sibel Canın geyindiyi donun eynisini seçib.

5. İlqarə Kazımova və Günel Hümbətova - Xalq artisti Aygün Kazımovanın qızı ilə aparıcı eyni qırmızı libasda görüntülənmişdi.

6. Könül Kərimova və Damla - eyni libas qalmaqalı ilə gündəmə gəlmişdilər. Könül Kərimova paltarını Damlada gördükdən sonra mağazaya geri qaytarıb.

7. Şeyma Subaşı və Nəsrin Cavadzadə - Türkiyənin məşhur modeli ilə azərbaycanlı aktrisa da eyni libası geyiniblər. Həmin geyimin kimə daha çox yaraşması uzun müddət müzakirə olunub.

8. Afaq Gəncəli və Nərgiz Məmmədova - sadə ağ yay sarafanını hər iki məşhur efirdə nümayiş etdirib.

9. Aygün Kazımova və Hadise - hər iki ulduz eyni libası seçərək gündəmə gəlmişdi.

10. Xuraman Şuşalı və Lalə Əlimuxtarova - hər iki məşhur eyni libası fərqli məclislərdə nümayiş etdirib. Xuraman paltarı xına mərasimində, Lalə isə toy mərasimində geyinib.

​​​​​​"Cebheinfo.az" 

Chosen
8
3
cebheinfo.az

4Sources