EN

Samuxda açıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Samux rayonu, Qədili kəndində açıq ərazidə qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. 
 
Moderator.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
 
Bildirilib ki, dərhal əraziyə Samux rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Chosen
25
2
moderator.az

10Sources