GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Samux rayonunda açıq ərazidə yanğın başlayıb.
Globalinfo.az “Report”a istinadən bildirir ki, Samux rayonu Qədili kəndində qamışlıq sahə yanır.
Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Samux rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.