EN

İsayev ruslara Qurban Qurbanov haqda elə sözlər dedi ki...

Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev "Qarabağ"ın Rusiya Premyer Liqasında çıxış edən Sankt-Peterburq "Zenit"inin analoqu olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Publika.az xəbər verir ki, İsayev bu barədə “Çempionat”ın müxbiri Oleq Lısenkoya eksklüziv müsahibəsində deyib.

- “Qarabağ” “Zenit”in Azərbaycandakı ekvivalentidir?

- Hazırda bu belədir. İnfrastruktur baxımından da burada hər şey ən yüksək səviyyədədir. Öz bazası: iki çox keyfiyyətli meydança, idman zalı, hovuz. Orada futbolçulara lazım olan hər şey var.

Chosen
26
publika.az

1Sources