EN

Parklanma etmək istəyən sürücü öz rahatlığını düşünüb yolu kəsdi VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü digər sürücülərə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Qalubiyyə küçəsində qeydə alınıb. Belə ki, 99-BT-689 qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobilin sürücüsü yolun solunda parklanma etmək üçün geriyə dönüb. O, qarşıdan nəqliyyat vasitələrinin gəlməsinə əhəmiyyət verməyərək manevri həyata keçirməyə başlayıb. Bu zaman həm velosipedçinin, həm də görüntünü qeydə alan avtomobilin yolunu kəsib. Daha sonra isə geriyə hərəkət edərək yolun kənarında parklanma etməyə çalışıb.

Qeyd edək ki, avtomobilin dövlət nömrə nişanı da oxunmaq üçün yararsızdır. Belə ki, nömrənin sonundakı rəqəmlərdən biri silindiyi üçün normal şəkildə oxunmur.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
avtosfer.az

1Sources