EN

Qərb Ukraynada təhlükəsizliyi təmin etmək üçün 4-5 briqada göndərməyi müzakirə edir

Qərb dövlətləri Ukraynada təhlükəsizliyi təmin etmək istəyən koalisiyaya dörd və ya beş briqada göndərmək imkanını müzakirə edir. 

Missiya.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Volodimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermaka istinadən yazıb.

Yermak bildirib ki, Vaşinqtonda keçirilən görüşdə təhlükəsizlik zəmanətləri və Avropa maliyyə alətləri vasitəsilə ABŞ istehsalı olan silahların alınması ilə bağlı məsələlərə aydınlıq gətirilib. 

O əlavə edib ki, “istəklilər koalisiyasının” dəstəyi hərbi, siyasi və iqtisadi tədbirlərin kombinasiyasından ibarət olacaq.

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
11
missiya.az

1Sources