EN

Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.

  Referans  xəbər verir ki, Kəlbəcər rayonu Bərpa,Tikinti və İdarəetmə Xidməti hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, sözügedən hadisə 26 avqust 2025-ci il tarixində Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı baş verib:

“Heç bir dağıntı və ya yanğın baş verməyib. Yoxlanışı həyata keçirən 3 məsul şəxs və 1 nəfər mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı bir təhlükə mövcud deyil.

Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.  

Chosen
97
5
referans.az

10Sources