EN

Tramp: “Çox qısa müddətdə FED-də çoxluq əldə edəcəyik”

ABŞ Prezidenti Donald Tramp, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kukun vəzifədən azad edilməsindən sonra qurumda çoxluğu qazanacaqlarını bəyan edib.

Tramp, FED sədri Cerom Pauellu “pis məsləhətlə” vəzifəyə namizəd göstərdiyini etiraf edərək, onun ölkəyə böyük maliyyə itkisi verdiyini və ipoteka bazarına zərər vurduğunu bildirib.

Marja xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran Tramp, Kukun vəzifədən uzaqlaşdırılmasına etiraz edərək məhkəməyə müraciət edəcəyinə dair açıqlamalarına da münasibət bildirib:

“Həmişə hüquqi mübarizələrim olub. İllərlə saxtakar insanlarla mübarizə apardım. Kuk qayda pozuntusu etmiş kimi görünür, amma o bu qaydanı poza bilməz, xüsusən də ipoteka faizlərinə cavabdeh olduğu üçün.”

Prezident, Kukun yerinə kimin gətiriləcəyinə dair suala cavab olaraq, “bu vəzifəyə yaxşı namizədlərin olduğunu” söyləyib.

Tramp Pauellə bağlı tənqidlərini davam etdirərək ona “çox ləng” ləqəbini verib və FED sədrinin yüksək faiz siyasətinin ABŞ iqtisadiyyatına, xüsusilə də daşınmaz əmlak bazarına zərər vurduğunu qeyd edib:

“Əslində daşınmaz əmlak sektoru yaxşı vəziyyətdədir. Amma Pauellin yüksək faiz dərəcələrinə görə sektor olduğundan daha zəif görünür.”

Tramp FED sədrinin səlahiyyət müddətinin tezliklə başa çatacağına işarə edərək, “Çox qısa bir müddətdə çoxluq əldə edəcəyik. Çoxluğu qazandığımızda hər şey mükəmməl olacaq, ipoteka bazarı canlanacaq və hər şey yaxşı olacaq,” – deyib.

O, yüksək faizlərin əsas problem olduğunu vurğulayıb:

“Faiz dərəcələrini bir az aşağı salmalıyıq və bunu etdikdə çox böyük fərq olacaq.”

Donald Tramp FED FED sədri Cerom Pauell Liza Kuk FED ABŞ-da faiz dərəcələri ABŞ ipoteka bazarı ABŞ iqtisadiyyatı 2025 FED çoxluq Tramp ABŞ konut bazarı FED faiz siyasəti Tramp xəbər ABŞ
Chosen
41
marja.az

1Sources