EN

Qatarda səfər edən fransalı qadına pişiyinə görə 110 avro cərimə yazılıb

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransalı qadın səyahət zamanı pişiyi çox ucadan miyoldadığı üçün digər sərnişinlərin şikayəti ilə SNCF dəmiryolu şirkəti tərəfindən cərimələnib və hazırda qadın bu cərimənin ləğv edilməsinə çalışır.

Oxu.Az bildirir ki, bu barədə BFMTV kanalı məlumat verib.

Məlumata görə, ailə Parisdən Vannes kommunasına gedən qatara minərək səfərə çıxıb və pişiklərini də özləri ilə götürüb. Lakin heyvan bütün yolu yüksək səslə miyoldamağa başlayıb ki, bu da vaqondakı digər sərnişinlərin narahatlığına səbəb olub. Onların şikayətləri fonunda müfəttiş cütlüyə başqa yerlərə keçməyi təklif etsə də, onlar bundan imtina ediblər.

SNCF-nin daha sonra jurnalistlərə izah etdiyi kimi, səyahətin sonunda qatardan düşən zaman nəzarətçi onlara "səs-küy" və "ictimai asayişin pozulmasına" görə 110 avro cərimə (təxminən 218 manat) kəsib.

"Pişik səyahətin əvvəlində bir az miyoldadı və şikayətdən sonra nəzarətçi bizi cərimələdi. Həmin an hətta nəyisə həll etməyə imkan belə vermədilər. Təəssüf ki, SNCF sadəcə heyvanları ilə səyahət edən, bütün qaydalara əməl edən və lazımi tədbirləri görən insanları cərimələmək haqqına sahibdir", - deyə fransalı qadın və pişiyin sahibi Kamiy bildirib.

Qadın əlavə edib ki, o, qatar operatoruna cərimənin ləğv edilməsi xahişi ilə müraciət edib və şirkətdən rəsmi cavab almayana qədər bir daha qatarlarda səyahət etməyi planlaşdırmır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
2
oxu.az

3Sources