EN

Xarici ölkə prokurorları Qarabağ Universitetində

Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov, onun müavini Abduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani ilə birgə 21–22 avqust tarixlərində Şuşa və Xankəndi şəhərlərinə səfər edib.

Əvvəlcə Şuşa şəhərində olan qonaqlar Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü və digər tarixi-mədəni abidələri ziyarət ediblər. Qonaqlar şəhəri mədəni və tarixi baxımdan böyük dəyərə malik bir irs nümunəsi kimi dəyərləndiriblər.

Daha sonra səfər Xankəndi şəhərində davam edib. Zəfər meydanı ilə tanışlıqdan sonra qonaqlar Qarabağ Universitetini ziyarət edib və Universitetin rektoru Şahin Bayramov tərəfindən qarşılanaraq onlara təhsil ocağı barədə məlumat verilib, ali təhsil müəssisəsində aparılan işlər, qarşıda duran vəzifələr haqqında ətraflı danışılıb.

XQ

Chosen
27
20
xalqqazeti.az

10Sources