EN

Qrossi: AEBA müfəttişlərinin birinci qrupu İrana qayıdıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin birinci qrupu İrana qayıdıb və işə başlamağa hazırlaşır.

"Report"un məlumatına görə, bu barədə çərşənbə axşamı beynəlxalq agentliyin rəhbəri Rafael Qrossi "Fox News" telekanalının efirində bildirib.

"Biz onlarla (İran hakimiyyəti - red.) müzakirələr aparırıq. İndi AEBA müfəttişlərinin birinci qrupu İrana qayıdıb və biz (yoxlamaları-red) bərpa etməyə hazırlaşırıq", - o deyib.

Qrossi əlavə edib ki, hazırda AEBA-nın İslam Respublikasında fəaliyyətini bərpa etmək üçün hansı əməli tədbirlərin həyata keçirilməsinə dair müzakirələr aparılır.

Xatırladaq ki, İran, Fransa, Almaniya, Böyük Britaniya və Aİ nümayəndələri çərşənbə axşamı Cenevrədə İranın nüvə problemini müzakirə etmək üçün görüş keçiriblər. Daha sonra “Axios”un jurnalisti Barak David “X”dəki hesabında görüşün nəzərəçarpacaq irəliləyiş olmadan keçirildiyini yazıb.

Chosen
22
report.az

1Sources