EN

Bakı və bölgələrdə zəlzələ oldu - YENİLƏNİB

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) yaydığı məlumata görə, Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən isı bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 4-3 bala qədər hiss olunub.

Qeyd edək ki, zəlzə Azərbaycanın şimal rayonları da daxil olmaqla, Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Xankəndi, Ağdam, Oğuz və bir çox rayonlarında hiss olunub. 

***

00:46

Paytaxt Bakı daxil olmaqla Azərbaycanın bir sıra rayonlarında zəlzələ hiss olunub. 

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilir ki, zəlzələ Bakı, Mingəçevir, Quba, Oğuz, Xankəndi və digər rayonlarda hiss olunub. 

T. İSMAYIL

2
Chosen
114
50
redaktor.az

10Sources