EN

Ukrayna hökuməti sərhəd dəyişikliklərini hərbçilərlə razılaşdırdı

Ukrayna

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, bu gün hökumət 18-dən 22 yaşadək kişilərin ölkədən xaricə çıxışı ilə bağlı qaydaları yeniləyəcək. Bu barədə dövlət başçısının baş nazir Yuliya Sviridenko ilə görüşündən sonra verdiyi açıqlama onun Telegram kanalında dərc olunub.Zelenskinin sözlərinə görə, Ukrayna Nazirlər Kabineti müvafiq detalları hərbçilərlə razılaşdırıb və yaxın vaxtlarda sərhəddən keçid imkanları tətbiq olunacaq.Bundan əvvəl Ukrayna Ali Radasına 24 yaşadək kişilərin xaricə çıxışına icazə verilməsi barədə qanun layihəsi təqdim olunmuşdu. Zelenski isə hökumətə 22 yaşadək gənclərin ölkədən çıxışını sadələşdirməyi təklif etmişdi. O, həmçinin qeyd edib ki, Nazirlər Kabineti bu təşəbbüsü qəbul etməyə də bilər.Hazırda isə sərbəst şəkildə yalnız 18 yaşına çatmamış ukraynalı vətəndaşlar ölkədən çıxış edə bilirlər.Ulusum.az

Diqqət Çəkənlər

Dünyanı təəccübləndirən açıqlama: Trampdan Qəzza proqnozu

Azərbaycanda xəyanət edənlər CƏRİMƏLƏNƏCƏK?

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Chosen
22
ulusum.az

1Sources