EN

Əraqçi: İran ABŞ-la dolayı danışıqları bərpa etməyə hazırdır

Əraqçi: İran ABŞ-la dolayı danışıqları bərpa etməyə hazırdır

Tehran ABŞ və İsrailin İslam Respublikasına hücumunun təkrarlanmayacağına əmin olarsa, nüvə dosyesi ilə bağlı Vaşinqtonla dolayı danışıqları bərpa etməyə hazırdır.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Amerikalılar bu danışıqlar zamanı heç bir hərbi əməliyyata başlamayacaqlarına dair bizi əmin etsələr, biz ABŞ ilə dolayı danışıqlar aparmağa hazırıq. Biz zəmanət almalıyıq ki, bu, hər iki tərəfin maraqlarına cavab verən və qarşılıqlı faydaya əsaslanan dürüst və ədalətli danışıqlar olacaq”, - deyə İran xarici işlər naziri bildirib.

Əraqçinin sözlərinə görə, Amerikanın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hücumu öz ərazisində uranın zənginləşdirilməsi hüququnu müdafiə etməyə davam edən İranın mövqeyinə təsir etməyib. “İsrail bizə hücum edəndə danışıqlar tam sürətlə gedirdi, bundan sonra Amerika da qoşuldu. Ona görə də hər hansı yeni danışıqlar, əgər onlar baş tutsa, şübhəsiz ki, əvvəlkilər kimi olmayacaq”, - deyə nazir əlavə edib.

Chosen
29
20
afn.az

10Sources