EN

FED-in Rəhbərlər Şurasının işdən çıxarılan üzvü Trampı məhkəməyə verir

FED-in Rəhbərlər Şurasının işdən çıxarılan üzvü Trampı məhkəməyə verir

ABŞ prezidenti Donald Trampın Liza Kuku Federal Ehtiyatlar Sisteminin Rəhbərlər Şurasının üzvü vəzifəsindən azad etmək qərarına Amerika məhkəməsində etiraz ediləcək.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun vəkili Ebbi Louell məlumat verib.

Tramp Kuku nəzarət orqanının onu ipoteka krediti almaqda fırıldaqçılıqda ittiham etməsi səbəbindən tutduğu vəzifədən azad etdiyini açıqlayıb. Amerika lideri bu qərarın dərhal qüvvəyə mindiyini deyib.

Buna cavab olaraq Kuk əmin edib ki, o, istefa vermək niyyətində deyil və öz vəzifələrini yerinə yetirməyə davam edəcək. Vəkili isə bildirib ki, Trampın Liza Kuku Federal Ehtiyatlar Sisteminin Rəhbərlər Şurasının üzvü vəzifəsindən kənarlaşdırmaq səlahiyyəti yoxdur. "Onun yalnız tövsiyə məktubu (nəzarət orqanından - red.) əsasında onu işdən çıxarmaq cəhdinin heç bir faktiki və hüquqi əsası yoxdur. Biz bu qanunsuz addıma etiraz etmək üçün məhkəməyə müraciət edəcəyik", - deyə vəkil qeyd edib.

FED hadisə ilə bağlı hələlik şərh verməyib. Federal Ehtiyatlar Sistemi 1913-cü ildə ABŞ Konqresi tərəfindən federal hökumətin tərkibində müstəqil təşkilat kimi yaradılıb. Rəsmi olaraq FED prezidentə deyil, birbaşa Konqresə hesabat verir. KİV-ə görə, qarşıdan gələn məhkəmə prosesinin nəticəsi presedent ola bilər, çünki o, FED Rəhbərlər Şurasının üzvlərinin vəzifədən kənarlaşdırılması baxımından ABŞ prezidentinin səlahiyyətlərinin sərhədlərini nümayiş etdirəcək.

Chosen
39
1
afn.az

2Sources