Ajans.az xəbər verir ki, ilin ən yaxşı baş məşqçisi adına "Barselona"nın çalışdırıcısı Hans-Diter Flik layiq görülüb. Ötən mövsüm Kataloniya təmsilçisi mütəxəssisin rəhbərliyi altında La Liqanı və İspaniya kubokunu qazanıb. Bu, "Barselona" tarixində 9-cu dəfə İspaniyada "qızıl dubl"u olub. Qeyd edək ki, Flik ötən ilin yayından "Barselona"nın baş məşqçisidir.