EN

Gözdən əlillərin yaşadığı binada lift problemi həll edildi

İlqar Əhlimanov küçəsi bina 10 ünvanında yerləşən liftdə yaranan nasazlığ nəticəsində liftin elektron ehtiyyat hissəsi zədələnmişdir.

Bu barədə BAKU.WS-ə Baki şəhər lifttəmir istehsalat birliyindən açıqlama verilib. Qeyd edilib ki, məsələ ilə əlaqədar birlik tərəfindən həmin ehtiyyat hissəsi xarici ölkələrin birindən sifariş edilib, ən yaxın zamanda liftin bərpası həyata keçiriləcək.

Bundan əlavə Yeni günəşli qəsəbəsi bina 149 gəldikdə isə birliyin qaynar xəttinə müraciət daxil olduğdan dərhal sonra mütəxəssislər tərəfindən nasazlıq aradan qaldırılıb, hal hazırda liftin işləməsimdə problem yoxdur.

Şahanə Xankişiyeva

***10:51

Bakının iki ayrı hissəsində sakinlər lift problemi yaşayırlar.

BAKU.WS-in "qaynar xətti"nə gələn şikayətə əsasən Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən 149 nömrəli binada liftin işləmədiyi bildirilir. Qeyd olunur ki, bina 9 mərtəbəlidir və sakinlər arasında gözdən əlillər də var.

Başqa bir şikayətə əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsində, İlqar Əhlimanov küçəsi, 10-cu binada da 26 gündür lift işləmir. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı müraciətlər edilsə də, lift İdarəsi və departament bildirir ki, qapıların platası yanıb və hazırda təmir üçün departamentin maliyyə imkanı yoxdur.

Sakinlər problemin aradan qaldırılması üçün dəstək göstərilməsini xahiş edirlər.

Şahanə Xankişiyeva

Chosen
13
1
far.az

3Sources