“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.
Klubdan İdman.biz-ə verilən məlumata görə, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib.
Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.
Qeyd edək ki, Rövlan Muradov cari mövsümün əvvəlində “Sumqayıt”dan “Zirə”yə keçib.
İdman.biz