EN

Günay Ağamalı atasını belə TƏBRİK ETDİ

"Nəfəsimə nəfəs qatan, ömrümə nur, həyatımın dayağı – əziz Atam, hörmətli Fəzail müəllim, Siz mənim üçün yalnız ata deyilsiniz, həm də mənim müəllimim, siyasi düşüncə və dövlətçilik məktəbim olmusunuz. Vətənə sədaqətiniz, xalqımıza sonsuz məhəbbətiniz, ədalət uğrunda apardığınız mübarizə və dövlətçilik prinsipləriniz bu gün mənim həyat amalım, fəaliyyətim və inam yolumdur."

News365.az xəbər verir ki, bu sözləri paylaşımında Günay Ağamalı yazıb. O atası üçün yazdığı təbrik paylaşımında bunları qeyd edib:

"Sizdən öyrəndiyim ən böyük dəyərlər dürüstlük, ədalət, insan sevgisi və dövlətə sədaqətdir. Mənim üçün fəxrdir ki, Azərbaycan siyasətində öz mövqeyi, öz sözü, öz qətiyyəti ilə tanınan bir şəxsiyyətin – Fəzail Ağamalının qızıyam. Hər addımımda, hər çıxışımda, hər qərarımda Sizin öyrətdiyiniz prinsiplər dayanır.

Əziz Atam, varlığınız mənim gücüm, dayağım, ruhumun qüvvəsidir. Dua edirəm ki, Tanrı Sizi daim qorusun, ömrünüzə uzun illər, möhkəm can sağlığı və firavan həyat bəxş etsin. Mənim üçün ən böyük xoşbəxtlik Sizi yanımda görmək, Sizin sevginizi, dəstəyinizi hər gün hiss etməkdir.

Siz var olduqca, mən də varam.

Gününüz mübarək, əziz Atam!"

Chosen
31
news365.az

1Sources