EN

Qurban Qurbanov yeni transferi AÇIQLADI

Ağdam təmsilçisi kolumbiyalı sol vinger Kamilo Duranla anlaşıb.

Milli.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə mətbuat konfransında təsdiqləyib.

O, 23 yaşlı futbolçunun bu gün Bakıya gələcəyini təsdiqləyib.

Portuqaliyanın "Portimonense" klubundan transfer edilən Duran bir dönəm Kolumbiya U-20 millisinin də formasını geyinib.

Duran ötən mövsüm Portuqaliya 2-ci liqasında 26 oyunda çıxış edib və 5 qol vurub.

Milli.Az

Chosen
24
2
milli.az

3Sources