Ağdam təmsilçisi kolumbiyalı sol vinger Kamilo Duranla anlaşıb.
Gundem.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə mətbuat konfransında təsdiqləyib.
O, 23 yaşlı futbolçunun bu gün Bakıya gələcəyini təsdiqləyib.
Portuqaliyanın "Portimonense" klubundan transfer edilən Duran bir dönəm Kolumbiya U-20 millisinin də formasını geyinib.
Duran ötən mövsüm Portuqaliya 2-ci liqasında 26 oyunda çıxış edib və 5 qol vurub.