EN

Rusiya ilə sərhəddə dron səddi çəkilir

Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, Estoniya Rusiya ilə sərhəddə "dron divarı" inşa etməyi planlaşdırır. Estəniyanın daxili işlər naziri İqor Taronun sözlərinə görə, Rusiya ilə sərhədin PUA ilə mübarizə vasitələri ilə təchiz edilməsi üçün 200 milyon avro vəsait xərclənməsi nəzərdə tutulur.

ERR teeradio şirkətinin nazirə istinadla verdiyi xəbərə görə, Estoniya DİN-in planlarına ilk növbədə şərq sərhədi boyunca uzanan hasarın tikintisini başa çatdırmaq, ardından isə onu mümkün olan bütün texniki vasitələrlə, o cümlədən radioelektron mübarizə vasitələri ilə təchiz etmək daxildir. Nazir həmin avadanlıqların sərhəddə "dron səddi"nə çevriləcəyini söyləyib. Taro bildirib ki, layihəni maliyyələşdirmək üçün ayrılacaq 200 milyon avro məbləğində vəsait nazirliyin topladığı illik avtomobil vergisinə bərabərdir.

Nazir deyib: "Həmin vəsaiti xərcləməklə sərhədi hansısa uçan aparatın keçməyəcəyinə əmin olacağıq".

Hürr Tərcüman 

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
1
hurriyyet.az

2Sources