EN

ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir

Livan avqustun 31-də "Hizbullah"ı silahı yerə qoymağa razı salmaq üçün nəzərdə tutulan planı təqdim etdikdən sonra İsrail öz təklifini verəcək.

 
Bunu ABŞ-nin Livandakı xüsusi elçisi Tom Barrak Beyrutda Livan Prezidenti Cozef Aunla görüşdən sonra bildirib.
 
Onun sözlərinə görə, heç kim Livanda vətəndaş müharibəsi istəmir.
 
"İsrail Livanın təklifini aldıqdan sonra öz cavabını təqdim edəcək. "Hizbullah" onlara qarşı silahlanmamalıdır", - xüsusi elçi qeyd edib.
 
T.Barrakı müşayiət edən nümayəndə heyətinin üzvü senator Lindsi Qrem isə deyib ki, Livan hökuməti "Hizbullah"ın tərksilah edilməsi planını həyata keçirərsə, Birləşmiş Ştatlar bu ölkə ilə müdafiə sazişi bağlaya bilər.
 
"Əgər ABŞ Yaxın Şərqdə hər hansı bir dövlətlə müdafiə sazişi bağlayacaqsa, bu, böyük ehtimalla Livan olacaq", - o bildirib. Bununla belə, Vaşinqton Livanın yalnız rəsmi silahlı qüvvələri ilə əməkdaşlıq etməyə hazırdır.
 
L.Qremin sözlərinə görə, Beyrut tez bir zamanda qərar verməli və "Hizbullah"ı tərksilah etməyin bir yolunu tapmalıdır, əks halda bir çox əməkdaşlıq perspektivləri bağlı qalacaq.
 
(Report)
Chosen
73
4
moderator.az

10Sources