EN

Əkiz bacı-qardaş eyni vaxtdatələbə OLDU

Bir neçə gün əvvəl ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb. Qəbulun nəticələrinə əsasən, əkiz bacı-qardaş - Həmid və Həmidə Məmmədli də tələbə adını qazanıb. Həmid təhsilini Türkiyədə, Həmidə isə Qarabağ Universitetində davam etdirəcək. 

Redaktor.az xəbər verir ki, "Azərbaycan müəllimi" əkizlərlə həmsöhbət olub. 

Həmid Məmmədli Qubadlı rayon C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbin məzunudur. Respublika, eləcə də beynəlxalq səviyyəli yarışlarda yüksək nəticə əldə edib. Həmid SAF 2023-də “Boat racing” kateqoriyası üzrə, TEKNOFEST 2024, “Sabahın alimləri” XIV respublika müsabiqəsində birincilik qazanıb.

Həmid deyir ki, İstanbul Texniki Universitetində “Elektronika və kommunikasiya” (tədris ingilis dilində) ixtisasına qəbul olub:

"Bacım əvvəldən tibb, mən isə mühəndislik sahəsinə meyilli olub. Düzünü desəm, valideynlərim bizdən daha çox həyəcanlı idilər, özümdən daha çox bacımın nəticəsinin necə olacağını gözləyirdim. Bakalavrı bitirdikdən sonra magistr təhsili də almağı çox istəyirəm”. 

Ailəyə növbəti sevinci yaşadan Həmidə isə 619.4 balla Qarabağ Universitetində təhsil alacaq. 

"Həkim olmaq ən böyük arzum idi. Bunun üçün ilk addımı atdığımı düşünürəm. Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində təhsilimi davam etdirəcəyəm. Bu, mənim üçün çox sevincli bir haldır. Valideynlərimin dəstəyi, qayğısı bu nailiyyətləri qazanmağımıza  şərait yaratdı. Bacı-qardaş olaraq ali məktəbə hazırlaşmaq həm həyəcanlı, həm çətin, həm də bir o qədər də sevincli idi. İmtahanlarda 2 qat həyəcan keçirdik, nəticələr açıqlandıqda isə çox böyük sevinc yaşadıq",- deyə o, vurğulayıb.

Chosen
20
4
redaktor.az

5Sources