EN

Rəşad Sadıqov 200-ə çatdı

“Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 200-cü oyununu keçirib.

Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat verib.

Yubiley matçı Azərbaycan Premyer Liqasının 2-ci turuna təsadüf edib. Bakı klubu “Qəbələ” ilə səfər oyununda 2:1 hesablı qələbə qazanıb.

2020-ci ilin yayından “Zirə”yə rəhbərlik edən Sadıqovun baş məşqçiliyi dövründə qəsəbə klubu Premyer Liqada 166, Azərbaycan kubokunda 22, avrokuboklarda 12 matç keçirib. 43 yaşlı mütəxəssisin komandası bu qarşılaşmalarda 91 qələbə qazanıb, 57 heç-heçə edib və 52 dəfə meydandan xalsız ayrılıb. Onun yetirmələri 251 qol vurub, 188-ni buraxıblar.

Chosen
21
22
publika.az

10Sources