EN

Bəhlul Mustafazadə: "Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik"

"Qarabağ" qələbə üçün əlindən gələni edəcək.

İdman.biz "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçından öncə mətbuat konfransında deyib.

Futbolçu Bakıdakı görüşdə də qələbə qazanacaqlarına inanır: "Tam şəkildə sabahkı matçda hazırıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

İdman.biz

Chosen
18
4
idman.biz

6Sources