EN

Böyük İpək Yolunun mühüm ticarət qovşağı - Amul qalası

Yazını böyüt
Yazını kiçilt

Böyük İpək Yolunun üzərində, Amudəryanın sağ sahilində yerləşən qədim Amul qalası hazırda türk dünyasının əski yüzilliklərinin canlı şahididir.  Qala Türkmənistanın Lebap vilayətinin indiki Türkmənabad şəhəri ərazisində yerləşir.

Hafta.az-ın yazdığına görə, qədim şəhər çiy kərpicdən hörülmüş, su ilə dolu dərin xəndəklə əhatə olunmuş böyük kvadrat formada inşa olunub. Qalanın içində meydanlar, əsgər yataqxanaları, ərzaq anbarları, yaşayış binaları və möhtəşəm saray olub. Çayın sahilində yerləşməsi şəhəri həm ticarət, həm də müdafiə məqsədləri üçün çox əlverişli edirdi.

Böyük İpək Yolunun mühüm ticarət yolları qala ətrafında kəsişib. Bundan əlavə, buradan İrana və Şərqi Avropaya gedən yollar keçib.

“Böyük İpək Yolu: Zərəfşan – Qaraqum aşırımı” marşrutu üzərində yerləşən Amul qalasının 2024-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi onun dünya mədəniyyətindəki əhəmiyyətini təsdiqləyir.

Hazırda qalanın ərazisi tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur.

Chosen
18
hafta.az

1Sources