“Qarabağ”ın yeni legionerlə anlaşmasından xəbərdarsız.
Ağdam təmsilçisi Kamilo Duranla anlaşıb. 23 yaşlı kolumbiyalı bu gün Bakıya gələcək.
“Portimonense”dən (Portuqaliya) transfer edilən Duran bir dönəm Kolumbiya U-20 millisinin də formasını geyinib.
O, yerli «Medellin»də futbolun sirlərini öyrənib. 2021-ci ildə Braziliyalının məşhur klublarından «Flamenqo»ya icarəyə verilib.
Bir il sonra Portuqaliyaya - «Lusitania»ya getsə də, buradan tez ayrılıb. Ardınca «Estrela»nın U-23 komandasına keçib. 2024-cü ildə Portuqaliyanın II Liqasında «Portimonenze»yə üz tutub.
Kolumbiyalı universal keyfiyyətləri ilə Qurban Qurbanovun diqqətini çəkib. Hücumun mərkəzi ilə yanaşı, sağ və sol cinahlarda da oynaya bilir.
Ötən mövsüm Portuqaliya II Liqasında 26 oyunda çıxış edən və 5 qol vuran Duran «köhlən atlar» üçün sərfəli tapıntı sayıla bilər.
Çünki Azərbaycan çempionu onun keçidini reallaşdırmaq üçün böyük xərc çəkməyib. Cənubi amerikalının alqısı 200 min dollardan aşağı rəqəmə başa gəlib.
Ağdam təmsilçisi mövsümlərarası fasilədə 5 belə transfer əməliyyatı reallaşdırıb.
Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya), Sami Mmaee ("Dinamo" Zaqreb - icarə) və Joni Montiel ("Rayo Valyekano", İspaniya) kollektivin sıralarına qoşulub
SPORTİNFO.AZ