EN

Milli Müdafiə Universiteti Türkiyə Tibb Elmləri Universiteti və Azərbaycan Tibb Universitetinin ixtisasları üzrə tələbə qəbulu elan edir

Bakı. Trend:

Milli Müdafiə Universiteti Türkiyə Tibb Elmləri Universiteti vəAzərbaycan Tibb Universitetinin ixtisasları üzrə tələbə qəbulu elanedir.

Trendxəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, cari ildə IV ixtisas qrupu üzrə keçirilmiş qəbulimtahanından 600 və daha yuxarı, I, II və III ixtisas qrupları üzrəkeçirilmiş qəbul imtahanlarından 450 və daha yuxarı bal toplamış vətəhsillərini aşağıda qeyd olunan ali təhsil müəssisələrində davametdirmək istəyən kişi cinsli abituriyentlər 29 avqust 2025-ci iltarixindək Heydər Əliyev adına Hərbi İnstituta müraciət edəbilərlər:

IV ixtisas qrupu:

  • Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin GülhanəTədris Araşdırma Xəstəxanasında “Hərbi tibb” ixtisası üzrə;
  • Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində “Hərbitibb”, “İctimai Səhiyyə” və “Əczaçılıq” ixtisasları üzrə boş qalanplan yerləri.

I, II və III ixtisas qrupu:

  • Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin QuruQoşunları üzrə ali hərbi təhsil müəssisəsində (Ankara şəhəri) I, IIvə III ixtisas qruplarından müraciət edənlər üçün;
  • Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin HərbiHava Qüvvələri və Hərbi Dəniz Qüvvələri üzrə ali hərbi təhsilmüəssisələrində (İstanbul şəhəri) I ixtisas qrupundan müraciətedənlər üçün.
Chosen
13
7
az.trend.az

8Sources