EN

Bosfor boğazında yoxa çıxan rusiyalı üzgüçü ilə bağlı İDDİA

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyədə "Bosfor-2025" kütləvi qitələrarası üzgüçülük yarışı zamanı Bosfor boğazında üzərkən yoxa çıxan rusiyalı üzgüçü Nikolay Sveçnikov sağ qalmış ola bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin "Hürriyet" nəşri məlumat verib.

Mənbənin məlumatına görə, idmançı sahilə çıxa, sonra isə üzmənin başlanğıc və bitmə vaxtını qeyd edən çipi atmış ola bilər.

Qeyd olunub ki, çip GPS naviqasiya sistemi ilə təchiz olunmayıb, ona görə də rusiyalı üzgüçü Sveçnikovun Bosfor boğazında harada olduğunu müəyyən etmək mümkün deyil.

Üzgüçülük yarışının üç min iştirakçısından Nikolay Sveçnikov finiş xəttinə qayıtmayan yeganə insan olub.

Bildirildiyinə görə, hər il keçirilən üzgüçülük yarışı Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunub. Üzgüçülük 37-ci dəfə keçirilib. 2025-ci ildə üzgüçülük yarışlarında 81 ölkədən idmançılar iştirak edib.

Dostunun sözlərinə görə, Nikolay Sveçnikov ilk dəfə idi ki, açıq suda belə məsafəni üzürdü. Üzgüçü fəal şəkildə yarışa hazırlaşıb, lakin əvvəllər açıq suda ancaq 1-2 km üzüb.

Xatırladaq ki, rusiyalı üzgüçü və təcrübəli idman ustası Nikolay Sveçnikov Türkiyədə "Bosfor-2025" kütləvi qitələrarası üzgüçülük yarışı zamanı gözdən itib və onun axtarışları hələ də davam edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
oxu.az

1Sources