EN

London-Pekin reysi ilə uçan təyyarə Rusiyada məcburi ENİŞ ETDİ – VİDEO

London-Pekin reysi ilə uçan təyyarə mühərrik nasazlığı səbəbindən Nijnevartovskda məcburi eniş edib.

Interpress.az xəbər verir ki, “Air China”ya məxsus Boeing 777 təyyarəsinin mühərriklərindən biri sıradan çıxıb. Təyyarədə 311 sərnişin olub və ən uyğun hava limanı olduğu üçün məcburi eniş məhz Nijnevartovskda həyata keçirilib.

Aeroportun xidmətləri gözlənilməz qonağı operativ şəkildə qarşılayıb, təyyarəyə dərhal uyğun trap gətirilib.

Hazırda sərnişinlərin taleyi dəqiq bilinmir, lakin ehtimal olunur ki, şirkət onları götürmək üçün ehtiyat təyyarə və texniki heyət göndərəcək.

Qeyd olunur ki, Boeing 777 yalnız bir mühərriklə də uça bilər, amma belə halda ən yaxın uyğun hava limanına eniş etməsi tövsiyə olunur.

Xuraman Etibarlı

Interpress.az

Chosen
31
interpress.az

1Sources