EN

Yanğın baş verən boya zavodu fəaliyyətini bərpa edib – RƏHBƏRİNDƏN AÇIQLAMA

Avqustun 22-də güclü yanğın baş vermiş Abşeron rayonunun Aşağı Güzdək kəndində yerləşən və «CMT Qroup» MMC şirkətinə məxsus olan boya zavodu fəaliyyətini bərpa etməyə başlayıb.

Bu barədə şirkətin təsisçisi Vüqar Hacı bildirib.

Onun sözlərinə görə, yanğın nəticəsində boya zavodunun istehsal sahələrinə və bir sıra avadanlıqlarına zərər dəyib. Amma şirkətin öz öhdəliklərini yerinə yetirməsi və satışı təmin etmək üçün kifayət qədər hazır məhsul ehtiyatı var.

Vüqar Hacı bildirib ki, yanğın baş verəndən dərhal sonra həyata keçirilən təcili tədbirlər, eləcə də kollektivin və xarici tərəfdaşların dəstəyi ilə müəssisədə istehsal qismən bərpa olunub.

Artıq Türkiyə və digər Avropa ölkələrindən istehsalın tam bərpası üçün zəruri avadanlıqların ölkəyə göndərilməsinə başlanılıb. Görülən tədbirlər nəticəsində müəssisə yaxın günlərdə tam gücü ilə istehsalı bərpa edəcək.

Eləcə də şirkətin satış məntəqələri adi qaydada öz fəaliyyətini və satışları davam etdirir.

Xatırladaq ki, «CMT Qroup» MMC şirkəti Azərbaycanda dünya səviyyəli texnoloji məhsul istehsalını həyata keçirək və xaricə sənaye məhsulu ixrac edən azsaylı texnoloji müəssisələrdən biridir.

 

«CMT Qroup» MMC şirkəti mürəkkəb texnoloji proses və böyük resurslar tələb edən sənaye və gəmi boyaları istehsalçısıdır. Şirkət hazırda Azərbaycanda yüksək keyfiyyətli «KNARR» markası altında dəniz və sənaye boyaları, «Penguin» markası altında inşşat və dekorativ boyayaları, eləcə də «Epo» markası altında yapi kimyasallar bə beton qatqılarının istehsalını həyata keçirir. 

Bu məhsullar «CMT Qroup»un tərəfdaşı olan Niderlandın «Transocean» şirkətinin rəsmi lisenziyası əsasında dünya standartlarına uyğun istehsal edilir.

«CMT Qroup» MMC-nin məhsulları, xüsusilə də tanınmış «KNARR» boyaları artıq çoxdan Azərbaycan sərhədlərini aşıb və xarici ölkələrdə sənaye və gəmiqayırma sektorunda uğurla istifadə olunur.

Ölkə daxilində isə «CMT Qroup» şirkətinin «Penguin» və «KNARR» boyaları tikinti, sənaye, gəmiqayırma və gəmi təmiri sahələrində istifadə edilir.  Yüksək keyfiyyət göstəricilərinə və müvafiq beynəlxalq sertifikatlara malik olan CMT şirkətinin boyaları keyfiyyətinə görə dünyada bu sahədə məşhur boyalardan qətiyyən geri qalmır və onlarla uğurla rəqabət aparır.

Qeyd edək ki, «CMT Qroup» şirkətinin boya zavodunun fəaliyyəti müəssisənin yerləşdiyi Abşeron rayonunun Aşağı Güzdək kəndi və Müşfiqabad qəsəbələrində sosial in iqtisadi vəziyyətinə də töhfə verir. Hazırda müəssisədə 150 işçi çalışır ki, onların da əksəriyyəti yerli kənd və qəsəbənin sakinləridir.

CMTQroupBoyaZavoduAbşeronAşağıGüzdəkistehsalbərpasıgüclüyanğınzərərdəyibVüqarHacıhazırməhsulehtiyatıtəcili tədbirlərkollektivdəstəkxaricitərəfdaşlaravadanlıqgətirilməsiistehsaltamgücSatışMəntəqələriKNARRboyalarıPenguinboyalarıEpokimyəviTransoceanlisenziyasənayeBoyalarıgəmiBoyalarıinşaatBoyalarıdekorativBoyalarıbeynəlxalqSertifikatyerliİşçilərMüşfiqabadAbşeronsosialİqtisadiişçi150texnolojiMəhsullarazərbaycanİxracşirkətƏlaqələri
Chosen
9
5
marja.az

6Sources