EN

13 yaşdan əvvəl ağıllı telefon istifadəsi uşaqlarınruh sağlamlığına zərər vurur

Dünya üzrə 100 mindən çox gəncin qatıldığı araşdırma göstərib ki, 13 yaşından əvvəl ağıllı telefon sahibi olan uşaqlarda erkən gənclik dövründə ciddi psixoloji problemlər yaranır.

Redaktor.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, bu yaşda telefon istifadə edənlər 18–24 yaş arasında intihar düşüncələri, aqressiya, emosional nəzarət itkisi, özünə dəyər hissinin zəifləməsi və reallıqdan uzaqlaşma kimi problemlərlə üzləşirlər.

Araşdırma nəticələri bu mənfi təsirlərin əsasən erkən yaşda sosial şəbəkələrə giriş, kibercinayət və zorakılığa məruz qalma, yuxu rejiminin pozulması və ailə münasibətlərinin zəifləməsi ilə bağlı olduğunu göstərib.

Məsələn, 13 yaşında telefon sahibi olanların psixoloji sağlamlıq göstəricisi orta hesabla 30 bal təşkil etdiyi halda, 5 yaşında telefon sahibi olanlarda bu göstərici cəmi 1 bal olub.

Sapien Labsın baş elmi işçisi Dr. Tara Thiagarajan bildirib ki, alkoqol və tütün məhsullarında olduğu kimi, 13 yaşdan kiçik uşaqların ağıllı telefona çıxışı da məhdudlaşdırılmalıdır.

 

Nuriyyə NATİQQIZI

 

Chosen
23
1
redaktor.az

2Sources