EN

Dəniz nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə olunan gəlir 19 faizdən çox artdı

BAKI, 26 avqust. TELEQRAF

Bu ilin yanvar-iyun aylarında Azərbaycan dəniz nəqliyyatı ilə yük və sərnişin daşınmasından 130,079 milyon manat gəlir əldə edib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 milyon manat və ya 19,4 faiz artım deməkdir.

Birinci yarımildə dəniz nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 129,9 milyon manat təşkil edib ki, bu da ötən ilin ilk 6 ayındakı göstəriciyə nisbətən 21,8 milyon manat və ya 20,1% çoxdur.

Hesabat dövründə dəniz nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan gəlir isə 123 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 697 min manat və ya 6,7 dəfə azdır.

Chosen
96
1
teleqraf.com

3Sources