AZ

Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarından gəlirlər açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dəniz nəqliyyatı iləyük və sərnişin daşınmasından əldə etdiyi gəlir 130,079 milyonmanat təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisiilə müqayisədə 21,1 milyon manat və ya 19,4% çoxdur.

Cari ilin birinci yarısında dəniz nəqliyyatı ilə yüklərindaşınmasından əldə edilən gəlirlər 129,9 milyon manat olub ki, buda ötən ilin ilk 6 ayındsakı göstəriciyə nisbətən 21,8 milyon manatvə ya 20,1% çoxdur.

Hesabat dövründə əldə olunan gəlirin 126,8 milyon manatı xariciəlaqə üzrə, digər hissəsi – 3,123 milyon manatı isə kabotaj əlaqəüzrə yük daşımalarının payına düşüb.

Bu ilin ilk 6 ayında dəniz nəqliyyatı ilə sərnişindaşımalarından əldə olunan gəlir isə 123 min manat təşkil edib ki,bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 697 minmanat və ya 6,7 dəfə azdır.

Cari ilin yanvar-iyun aylarında dəniz nəqliyyatı ilə yükdaşımalarının həcmi 4,6 milyon ton (11,8% artım), sərnişindaşımalarının həcmi isə 12,8 min nəfər (4,5% azalma) təşkiledib.

Seçilən
53
28
az.trend.az

10Mənbələr