EN

Nazir sürət həddini aşdı Bu qədər cərimələndi VİDEO KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Ankara-Niğde avtomobil yolunda sürət həddini aşdığı üçün cərimələnib.

KONKRET.az milli.az-a istinadla xəbər verir ki, nazir sosial şəbəkə hesabında paylaşdığı videoda sürətinin 255 km/saat olduğunu göstərib və “Özüm xəbər verdim” sözləri ilə bu anı ictimaiyyətlə bölüşüb.

Bir neçə saat sonra Uraloğlu yeni açıqlama yayaraq, magistral jandarma tərəfindən 9267 lirə(385 manat) məbləğində cərimə aldığını bildirib. Nazir paylaşımında bunları qeyd edib:

“Yolun vəziyyətini yoxlamaq üçün sükan arxasına keçdim. Qısa müddətlik sürət həddini aşdım. Video ilə mən özüm xəbər vermiş oldum”.

O, əlavə edib ki, sürət həddinə riayət etmək hər kəs üçün məcburidir və bu hadisədən sonra “daha diqqətli olacağına” söz verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
5
konkret.az

6Sources