EN

İsgəndəriyyə çimərliklərinin sirri: Hər il onlarla insan batır

Yazını böyüt
Yazını kiçilt

İsgəndəriyyənin qərbində yerləşən Əcəmi rayonundakı Əbu Tələt çimərliyində 6 tələbənin boğulması və 24 nəfərin yaralanması bir çox misirlini şoka salıb.

Hafta.az-ın yazdığına görə, bölgədəki yüksək dalğalar səbəbindən üzgüçülük qadağan olunsa da, Misirin cənubundakı Savhaj şəhərinin tələbələri üzməkdə israr ediblər.

İsgəndəriyyə valiliyinin verdiyi açıqlamada vali Əhməd Xalidin 24 saat qəzada yaralananların müalicəsini izlədiyini bildirib. Yüksək dalğalar səbəbindən üzməyi yasaqlayan qırmızı bayraq olsa da, valilik faciəli hadisəni təsdiqləyib, Əcəminin qərbində və digər bütün çimərliklərdə üzgüçülüyün qadağan edilməsi barədə qərar qəbul edildiyini açıqlayıb.

Açıqlamada əlavə edilib ki, Misir Təcili Yardım İdarəsi hadisə yerinə 16 təchiz olunmuş təcili yardım maşını göndərib. İyirmi bir yaralı Əcəmi İxtisaslaşdırılmış Xəstəxanasına və Əl-Amariya Ümumi Xəstəxanasına çatdırılıb, daha üç nəfərə isə hadisə yerində tibbi yardım göstərilib. İsgəndəriyyə valisi altı nəfərin həyatına son qoyan hadisədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb və valiliyin bütün aidiyyatı orqanlarla koordinasiyalı şəkildə hadisələri izlədiyini təsdiqləyib.

İsgəndəriyyənin qərbindəki çimərliklər üzgüçülər, xüsusən də üzgüçülük bacarığı olmayanlar üçün təhlükəli olan güclü axınları ilə tanınır.

Qərb valiliyində çimərliklərdə boğulma halları tez-tez baş verir. Bu hadisələr bir neçə il əvvəl kütləvi boğulmaların çox olması səbəbindən “Ölüm çimərliyi” kimi tanınan Ən-Nahil çimərliyində pik həddə çatmışdı.

Bu hadisə Misir sosial mediasını zəbt edib. 2020-ci ildə Nazirlər Kabinetinin qərarlarına məhəl qoymayaraq, Ən-Nahil çimərliyində 12 nəfər sübh çağı çimərliyə gizlicə girərək boğularaq həlak olub.

Doktor Məhəmməd Muavvad da daxil olmaqla, çoxsaylı dəniz və okean ekspertləri hesab edirlər ki, iqlim dəyişikliyi sahil tikintilərinin çoxalması ilə yanaşı, bu bölgədə su axınlarının pozulmasına görə məsuliyyət daşıyır. "İsgəndəriyyə sahilləri boyunca Aralıq dənizi cərəyanları qərbdən şərqə doğru axır" deyib Muavvad, "bu o deməkdir ki, həmin ərazidəki dalğalar valiliyin şərq sahili boyunca olanlardan daha güclü və şiddətlidir".

Nyu York Universitetinin keçmiş tədqiqatçısı Muavvad bildirib ki, İsgəndəriyyənin qərb hissəsi dəyişkən dəniz dərinliyi ilə tanınır, nəticədə güclü axınlar və tez-tez dalğalar yaranır. Bunu suyun tünd və açıq mavi rənglərindən görmək olar, açıq rənglər dayaz suları, tünd mavi isə adi gözlə görünən daha böyük dərinlikləri göstərir.

Müavvad həmçinin hesab edir ki, bu ərazidə beton maneələr və ya dalğaqıranlar sistemli və elmi şəkildə qurulmayıb. “İctimaiyyətin xəbərdarlıqlara baxmayaraq dənizə axını İsgəndəriyyənin qərbində boğulmaların təkrarlanmasının əsas səbəblərindən biridir”, - Müavvad bildirib. Təxminən beş il əvvəl İsgəndəriyyənin keçmiş valisi boğulma hadisələrini azaltmaq üçün tövsiyələr təqdim etmək və həyata keçirmək üçün bu sahədə bütün ekspertləri və konsaltinq firmalarını dəvət etməyin vacibliyini vurğuladı. Bölgədə suda boğulma hallarının təkrarlanmasına baxmayaraq, Müavvad qeyd edib ki, su skuterləri kimi müasir xilasetmə avadanlıqlarından istifadə və təlim keçmiş xilasedici heyətin olması sayəsində bu hadisələrin tezliyi azalıb.

Chosen
6
1
hafta.az

2Sources