EN

BDYPİ növbəti dəfə valideynlərə xəbərdarlıq edib

Azyaşlıların avtomobil, moped və motosiklet idarə etməsi yolverilməzdir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin  (BDYPİ) açıqlamasında deyilir.

Qurumun açıqlamasında qeyd olunub ki, xəbərdarlıqlara baxmayaraq bəzi hallarda azyaşlıların nəqliyyat vasitələrini əyləncə məqsədilə yollarda idarə etməsi müşahidə olunur. Bu isə həm qanun pozuntusu, həm də onların sağlamlığı və həyatına ciddi təhlükə yaradır.

BDYPİ valideynləri övladlarının belə hərəkətlərinə nəzarət etməyə çağırıb.

Gülnar

Chosen
21
anews.az

1Sources