EN

FIBA kütləvi dava səbəbindən yeddi oyunçunu diskvalifikasiya edib

Beynəlxalq Basketbol Federasiyası (FIBA) Amerika Kuboku çərçivəsində Argentina və Dominikan Respublikası yığmaları arasında keçirilən matçda baş verən kütləvi dava səbəbindən 7 oyunçunu diskvalifikasiya edib.

“İki sahil” təşkilatın mətbuat xidmətinə istinadən məlumat verir ki, sanksiyalar Dominikan Respublikası yığmasının 4, Argentinanın 3 oyunçusuna tətbiq edilib.

Hər komandadan bir basketbolçu iki, insidentin digər iştirakçıları isə bir oyunluq diskvalifikasiya edilib.

Dominikan yığması 20 min İsveçrə frankı cərimələnib. Bunun 10 min frankı üç illik sınaq müddəti ilə şərti cəza şəklindədir.

Argentina yığmasının məşqçisi 2 min frank cərimə ödəməli olacaq. Ölkənin Basketbol Federasiyası isə 20 min İsveçrə frankı məbləğində cərimələnib və bunun 10 mini üç illik sınaq müddəti ilə şərti cəza şəklindədir.

Qeyd edək ki, Amerika Kubokunda qrup mərhələsində yer alan komandalar arasında avqustun 24-də keçirilən görüş argentinalıların 84:83 hesablı qələbəsi ilə başa çatıb. Kütləvi dava oyun bitdikdən sonra baş verib.

Chosen
24
3
ikisahil.az

4Sources