"Qalatasaray" Fransanın "Marsel" klubunda çıxış edən Adrien Rabiot ilə maraqlanır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fransız futbolçu ilə "Qalatasaray"la yanaşı, "Aston Villa", "İnter" və "Vest Hem Yunayted"in də maraqlandığı iddia edilib.
Xatırladaq ki, ötən mövsüm "Marsel"in heyətində 31 matça çıxan fransalı yarımmüdafiəçi 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Fərid
MİA.AZ